BAKI, 30 avqust. TELEQRAF

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 xilasetmə əməliyyatı keçirilib.

Bu barədə Teleqraf-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 6 nəfərə müvafiq köməklik göstərilib.