GƏDƏBƏY, 29 avqust. TELEQRAF
Gədəbəydə iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Maarif kəndində qeydə alınıb.
"VAZ-2104" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb.
Daha bir nəfər - 1981-ci il təvəllüdlü Ramiz Həsənəliyev xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.