NAFTALAN, 28 avqust. TELEQRAF

Naftalanda sanatoriyada ölüm hadisəsi qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhərdə fəaliyyət göstərən sanatoriyalardan birində Rafiq Şərifov adlı şəxs qaldığı otaqda ölü tapılıb.

Hadisə yerinə rayon polis və prokurorluq orqanının əmkdaşları cəlb olunublar.

Faktla bağlı Naftalan Rayon Prokurorluğunda araşdırma başlanılıb.