BAKI, 22 aprel. TELEQRAF

Gəncə şəhər Psixiatriya Xəstəxanasında pasiyentin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, aprelin 4-də Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə alan 1992-ci il təvəllüdlü Miri İsmayılovun ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İlkin istintaq tədbirləri nəticəsində toplanmış sübutlar əsasənda həmin xəstəxanada müalicə alan 1980-ci il təvəllüdlü Zaur Mustafayevin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Gəncə Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.