MİNGƏÇEVİR, 28 avqust. TELEQRAF

Mingəçevirdə sifarişlə qida daşıyan kuryer motosiklet “Hunday Santafe” markalı minik avtomobili ilə toqquşub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə avqustun 28-nə keçən gecə Heydər Əliyev prospektində Yüksək Texnologiyalar Parkı yaxınlığında baş verib.

Qəza nəticəsində motosikletdə olan həmyaşıdlar - 2007-ci il təvəllüdlü Bəxtiyar Quliyevlə Nurlan Ələsgərov müxtəlif bədən xəsarətləri alıblar. Yaralanan hər iki şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.