BAKI, 27 avqust. TELEQRAF
Xırdalanda inzibati binada baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
***
16:54
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
FHN Mətbuat xidmətinindən Teleqraf-a verilən xəbərə görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, yanğın DOST Mərkəzində baş verib.