BAKI, 25 avqust. TELEQRAF

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 50 m² olan ərzaq və qarışıq mallar mağazasının anbarının içərisində 3 m² sahədə plastik qablar yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 3 m² sahədə əriyib. Anbarın qalan hissəsi və mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.