BAKI, 25 avqust. TELEQRAF

Hindistanın Maharaştra ştatında adamyeyən pələng iki gənc kişiyə hücum edib.

Teleqraf xəbər verir ki, hücum pələng qoruğunun yerləşdiyi Melghat bölgəsində baş verib.

Şahidlərin sözlərinə görə, yırtıcı kişilərdən birini parçalayıb. Digəri isə xilas olmağı və qaçmağı bacarıb.

Hadisə yerinə xilasedicilər və polis əməkdaşları gəliblər. Sağ qalan kişi itkin düşmüş hesab edilir, onu hələ tapmaq mümkün olmayıb. Cəngəllikdə pələng tələləri və müşahidə kameraları quraşdırılıb.

Qeyd edək ki, son beş ay ərzində Melghatda dörd nəfər pələnglərin qurbanı olub.