BAKI, 17 iyul. TELEQRAF
Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.
Bu barədə Teleqraf-a Fövqəlada Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
***
11:48
LAÇIN, 17 iyul. TELEQRAF
Ötən gün Laçın rayonu Hoçaz kəndi istiqamətindəki dağlıq ərazidə baş verən yanğının tam söndürülməsi işləri davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət kapitanı Ruslan Süleymanov Teleqraf-ın Qarabağ bürosuna məlumat verib.
Onun sözlərinə görə, yanğın baş verən ərazi dağ - meşəlik və minadan təmizlənməmiş sahə olduğu üçün yanğına müdaxilə edilməsində müəyyən çətinliklər yaradıb. Amma, buna baxmayaraq, aktiv alovun geniş əraziyə yayılmasının qarşısı əməkdaşlarımızın səyi nəticəsində alınıb.
Hazırda alovun qarşısı alınsa da, ərazilərin bəzi hissələrində qalın ağac kötüklərinin tüstüləməsi müşahidə edilir. Yanğınsöndürənlərimiz həmin ocaqların tam məhv edilməsinə çalışırlar" deyə bildirib.