AĞDAŞ, 16 iyul. TELEQRAF
Ağdaşda 66 yaşlı kişinin meyiti tapılıb.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Qarağan Şıxlar kəndində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü kənd sakini Abdullayev Murad Muxtar oğlu asılmış vəziyyətdə aşkar edilib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.