BAKI, 19 dekabr. TELEQRAF

Venesuela “Hizbullah”la, narkotik qaçaqmalçılığı və narkotik terror təşkilatları ilə əməkdaşlıq edən qeyri-qanuni bir rejimdir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Marko Rubio deyib.

O qeyd edib ki, ABŞ Venesuela Prezidenti Nikolas Maduronu legitim hesab etmir:

"ABŞ-ın məqsədi regional sabitlik və təhlükəsizliyin təmin olunmasıdır. ABŞ Venesuelaya görə Rusiya ilə münasibətlərin gərginləşməsindən qorxmur".