CƏBRAYIL, 14 iyul. TELEQRAF
Şəhid Mübariz İsgəndərovun ailə üzvləri Cəbrayılda qəzaya düşüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, ötən gün Camal İsgəndərov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən anidən maşının təkəri partlayıb. Avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü C.İsgəndərov onun anası Səkinə İsgəndərova, sürücünün həyat yoldaşı Ramilə İsgəndərova, onların qızı İlkanə Lətifova və yaxın qohumları Aysaba adlı şəxs müxtəlif dərəcəli xəsarət alıblar. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gələrək ilkin yardım göstəriblər. Xəsarət alanlar ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, Camal İsgəndərovun qardaşı Mübariz İsgəndərov 1992-ci ildə Laçın uğrunda şəhid olub. Oğlu İsgəndərov İlkin Camal oğlu isə 44 günlük Vətən müharibəsi zamanı Füzuli rayon Cuvarlı kənd istiqamətinə şəhid olub. Ailə üzvləri də şəhid qardaş M.İsgəndərovun Qubadlı rayon Hacılı kəndindəki asılmış lövhəni ziyarət edib, daha sonra övladlarının şəhid olduğu yeri ziyarətə gedərkən Cəbrayıl rayonunda qəzaya düşüblər.