GƏNCƏ, 13 iyul. TELEQRAF
Gəncə-Göygöl avtomobil yolunda zəncirvari yol qəzası baş verib.
Teleraf-ın yerli bürosu xəbər verir ki, hadisə Gəncə şəhərinin Nərimanov prosspektində qeydə alınıb. İlkin məlumata görə hadisə nəticəsində "VAZ2107", "VAZ21015" və "BYD" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində "VAZ 21015"in sürücüsü Samir Alıyev və sərnişinlər xəsarət alıb.
"VAZ2107" markalı avtomobili Əbutalib Abdullayev, "BYD" markalı maşını isə Elnarə Hüseynova idarə edib.