QARADAĞ, 9 iyul. TELEQRAF

Qaradağda baş verən yol qəzasının təfərrüatları məlum olub.

Teleqraf-ın xəbərinə görə, 1984-cü il təvəllüdlü Elnur Eynulla oğlu Yaqubov idarə etdiyi 99 AU 092 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək, yol kənarındakı səkiyə çıxıb. Nəticədə o, səkidə olan 1974-cü il təvəllüdlü İradə Müslüm qızı Bədirova və onun qızı 2004-cü il təvəllüdlü Gülnar Rəsul qızı Bədirovanı vurub.

Qəza nəticəsində İ.Bədirova hadisə yerində ölüb, G.Bədirova isə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü Elnur Yaqubov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

16:45

QARADAĞ, 9 iyul. TELEQRAF

09.07.2025-ci il tarixində saat 10:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Təcili tibbi yardım briqadası tərəfindən 51 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb. Digər xəsarət alan 21 yaşlı (qadın cinsli) şəxs qapalı kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.

***

16:36

QARADAĞ, 9 iyul. TELEQRAF

Qarabağda hərəkətdə olan avtomobil ana və qızını vurub.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Səngəçal qəsəbəsində qeydə alınıb.

Qəza nəticəsində ana hadisə yerində ölüb, qızı isə xəstəxanaya çatdırılıb, onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma başlanıb, əlavə məlumat veriləcək.