BAKI, 2 iyul. TELEQRAF
Rusiyanın Yekaterinburq şəhərində saxlanılan “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinski sərbəst buraxılıb.
Bu barədə Teleqraf-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Şahin Şıxlinski iyunun 27-də həbs edilən Səfərov qardaşlarına qarşı cinayət işi üzrə şahid qismində ifadə verib. O, Rusiyada vəkillik fəaliyyəti ilə məşğul olur.
***
2025.07.01 20:45
Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinski və oğlu Mutvali Şıxlınski saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə onların qohumları məlumat yayıblar.