BEYLƏQAN, 30 iyun. TELEQRAF

Beyləqanda yol-nəqliyyat hadisəsi zamanı ölən sürücünün kimliyi məlum olub.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, 1991-ci il təvəllüdlü Məhərrəm Ələkbərovun idarə etdiyi "KamAZ" markalı 90 SN 974 dövlət nömrəli yük maşını 1968-ci il təvəllüdlü Arif Bünyatovun idarə etdiyi "VAZ 2107" markalı 11 BX 867 dövlət nömrəli minik maşını ilə toqquşub.

Nəticədə "VAZ"ın sürücüsü A.Bünyatov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

***

15:53

BEYLƏQAN, 30 iyun. TELEQRAF

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadiəsi baş verib.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Eyvazallar kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "KamAZ"markalı 10-SN-974 dövlət nömrəli yük maşını "VAZ 2107" markalı minik maşını ilə toqquşub.

Zərbənin təsirindən "VAZ"ın sürücüsü hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma başlanıb.