BAKI, 29 iyun. TELEQRAF

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 xilasetmə əməliyyatı keçirilib.

FHN-dən Teleqraf-a verilən məlumata görə, həyata keçirilən xilasetmə tədbiri nəticəsində 3 nəfərə müvafiq köməklik göstərilib.