YEVLAX, 29 iyun. TELEQRAF
Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Xaldan şosesində baş verib.
Belə ki, "Mercedes" markalı avtomobil arxadan hərəkətdə olan qoşqulu traktora çırpılıb. Nəticədə traktorda olan ər və arvad ağır xəsarət alıblar. 1955-ci il təvəllüdlü, rayonun Hacıselli kənd sakini Kazımov Hacıbala Ədil oğlu və 1959-cu il təvəllüdlü həyat yoldaşı Kazımova Fəxriyyə Aslan qızı təcili xəstəxanaya çatdırılıblar.
Həkimlərin səylərinə baxmayaraq, ağır vəziyyətdə olan qadının həyatını xilas etmək mümkün olmayıb. Hacıbala Kazımov isə cərrahi əməliyyat olunaraq xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib.
Əldə olunan məlumata görə, qəzaya düşən ailə səhər saatlarında evdən çıxaraq qonşuluqdakı şəhər bazarına gedirmiş.
Faktla bağlı araşdırma aparılır.