AĞDAŞ, 25 iyun. TELEQRAF
Ağdaşda qəbiristanlıqda yanğın olub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, yanğın hadisəsi rayonun Xınaxlı kənd qəbiristanlığında qeydə alınıb.
Baş verən yanğın zamanı alov qəbir daşlarının üstünə qoyulan gülləri, bağlanmış lentləri, qəbir ətrafına əkilən kiçik gövdəli gül kollarını yandırıb. Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri yanğının qarşısını alıblar.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.