BAKI, 25 iyun. TELEQRAF
Yasamal rayonu, Bakı Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Teleqraf-a verilən məlumata görə, qəza səbəbindən “Biləcəri” dairəsi istiqamətində sıxlıq yaranıb.
Nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.