BAKI, 24 iyun. TELEQRAF

Lənkəranda idarəetmədən çıxan avtomobil su kanalına aşıb.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən, Hirkan meşə massivinə yaxın hissəsində baş verib.

İdarəetməni itirən "Hyundai" markalı minik avtomobili yoldan çıxaraq yol kənarındakı su kanalına aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsi ciddi zədələnib.

Avtomobilin kanaldan çıxarılması üçün əraziyə xüsusi texnika cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.