CƏLİLABAD, 23 iyun. TELEQRAF

Cəlilabadda avtomobil motosikletlə toqquşub.

Teleqraf-ın bölgə müxbirinin məlumatına görə, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində baş verib.

İlkin məlumata əsasən, F. İbrahimovun idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus Ramin Vəliyevin idarə etdiyi motosikletlə toqquşub. Hadisə nəticəsində R. Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və dərhal rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.