
GÖYGÖL, 21 iyun. TELEQRAF
Göygöl rayonunda idarəetməni itirən sürücü avtomobilini işıq dirəyinə çırpıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
"Opel" markalı avtomobilin qəzaya uğrması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.