.jpg)
YEVLAX, 21 iyun. TELEQRAF
Yevlax rayonunun Hacıselli kəndində 17 yaşlı oğlanın atdan yıxılması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, 2008-ci il təvəllüdlü rayon sakini Rövşən İsmayılov atdan yıxılaraq baş nahiyəsindən qapalı travma və müxtəlif bədən xəsarətləri alıb.
Yaralı dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.