GORANBOY, 19 iyun. TELEQRAF

Goranboy rayonunda fərdi yaşayış evinin həyətində yanğın baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb. Həyatyani sahədə anidən yanğın baş verib. Hadisə yerinə yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Edilən müdaxilə zamanı alovun evə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma başlanılıb.

Hadisənin səbəbləri araşdırılır.