
GORANBOY, 18 iyun. TELEQRAF
Goranboy rayonunda yük avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb və sonra aşıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Borsunlu kəndi istiqamətində qeydə alınıb.
Sahil Süleymanov idarəetməni itirib və "Ford" markalı avtomobil dərəyə aşıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma başlanılıb.