GƏNCƏ, 16 may. TELEQRAF
Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Rahilə İbrahimova və 1954-cü il təvəllüdlü Havva Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki şəxs yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.
Onların vəziyyəti orta-ağır qiymətləndirilir.