SUMQAYIT, 31 oktyabr. TELEQRAF
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, qəza Babək küçəsində qeydə alınıb.
İlkin məlumata görə, Opel markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında park edilmiş digər Opel, Hyundai, Toyota, Mercedes və Range Rover markalı nəqliyyat vasitələrinə çırpılıb.
Hadisə zamanı avtomobillərin hamısına ciddi ziyan dəyib.
Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.