ŞƏMKİR, 3 may. TELEQRAF

Şəmkir rayonunda minik maşınının yük avtomobili ilə toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndi ərazisində qeydə alınıb. Zəyəm Cırdaxan kənd sakini 1990-cı il təvəllüdlü Elşad Adıgözəlov idarə etdiyi "Toyota Prado" markalı maşın 1963-cü il təvəllüdlü Valeh Məmmədovun idarəetdiyi "Kamaz" markalı avtomobillə toqquşub.

Nəticədə "Toyota Prado"nun sürücüsü və sərnişin 1988-ci il təvəllüdlü Tahir Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.