BAKI, 29 aprel. TELEQRAF

Kürdəmir rayonunda 40 yaşlı kişinin intiharının bəzi təfərrüatları məlum olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Karrar qəsəbə sakini Ceyhun Səfərov bundan əvvəl də bir neçə dəfə özünü öldürməyə cəhd göstərib.

Onun spirtli içki düşkünü olduğu deyilir. Hər gün spirtli içki qəbul edib və özünə xəsarətlər yetirib.

Əvvəllər o, bir neçə dəfə damarlarını, boynunu və boğazını doğrayıb. Onun özünü doğraması ilə bağlı qəsəbəyə dəfələrlə təcili yardım çağırılıb, ona tibbi yardımlar göstərilib.

Ceyhun Səfərov ailəli olub, övladı var. Lakin içkiyə meylli olduğundan ailəsi dağılıb. Hazırda onun ailəsi başqa bir yerdə yaşayır. Anasının Bakı şəhərində yaşadığı deyilir. Ana hərdənbir oğluna baş çəkirmiş.

Ceyhun Səfərov qəsəbədəki evlərində tənha yaşayırmış. Heç bir yerdə işləmir, əlinə düşən pulu içkiyə xərcləyirmiş.

***

10:06

Kürdəmir rayonunda intihar hadisəsi baş verib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Karrar qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Ceyhun Səfərov yaşadığı evdə özünü asıb. Onun meyitini yaxınları aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.