BAKI, 29 aprel. TELEQRAF
Saatlı rayonunda intihar hadisəsi baş verib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə aprelin 29-da, gecə saat 2 radələrində rayonun Dədə Qorqud kəndində baş verib.
Kənd sakini, 2002-ci il təvəllüdlü Kəmalə Həsənova yaşadığı evin həyətində özünü asıb.
Onun intihar səbəbi hələlik bilinmir.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.