GƏNCƏ, 28 aprel. TELEQRAF

Gəncədə baş vermiş ağır yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü ilə nəticələnib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Nəticədə 1997-ci il təvəllüdlü Leyla Rüstəmli və 1970-ci il təvəllüdlü Sevinc Kələntərova xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Tibbi müdaxilələrə baxmayaraq, 55 yaşlı S.Kələntərovanın həyatını xilas etmək mümkün olmayıb və o, hadisə yerində vəfat edib.

Hadisənin başvermə səbəbləri ilə bağlı şəhər hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Fakt üzrə cinayət işi başlanıb.

***

19:57

GƏNCƏ, 28 aprel. TELEQRAF

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

"Xəzər Lada" markalı avtomobillə "Hundai Santafe" markalı maşın toqquşub.

Hadisə zamanı bir neçə nəfər xəsarət alıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.