GƏNCƏ, 28 aprel. TELEQRAF

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosunun verdiyi məlumata görə, insident şəhərin Atatürk prospektində qeydə alınıb.

Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Osman Nağıyev və 1995-ci il təvəllüdlü Eyyub Talıbov müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Məlumata əsasən, onlardan biri, Eyyub Tağıyev ürək nahiyəsindən bıçaqlanıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin necə və hansı şəraitdə baş verməsi ilə bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.