ŞƏMKİR, 28 aprel. TELEQRAF
Gədəbəy sakini Şəmkirdə bıçaqlanıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 25 yaşlı Niyaməddin Şirinov münaqişə zəminində, Gədəbəy rayon sakini, 1994-cü il təvəllüdlü İsmayıl Qurbanovu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.