BAKI, 27 aprel. TELEQRAF

Türkiyədə ağır yol qəzası baş verib.

Teleqraf “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Elazığda mikroavtobusun aşması nəticəsində 22 nəfər xəsarət alıb.

Hadisə Elazığ-Diyarbəkir yolunun 45-ci kilometrliyində qeydə alınıb. Avtobus idarəetmədən çıxaraq qarşı zolağa keçərək aşıb.

Yaralılar təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.