​SAMUX, 27 aprel. TELEQRAF

Samuxda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi bilinib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, qəza nəticəsində Daşkəsən sakini,1972-ci il təvəllüdlü Tahir Sadıqovla yanaşı bir ailənin beş üzvü – 1961-ci təvəllüdlü Cavan Əliyev, 1989-cu il təvəllüdlü Rəşad Əliyev, 1990-cı il təvəllüdlü Günel Əliyeva onların övladları 10 yaşlı Nihad Əliyev və 5 yaşlı Fidan Əliyeva xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

***

13:54

Samux rayonunda yol qəzası baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Gəncə-Samux yolunda qeydə alınıb.

Belə ki, Samux şəhər sakini Rəşad Əliyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobil Daşkəsən sakini Tahir Sadıqovun idarə etdiyi "VAZ 21 015" markalı maşınla toqquşub. İlkin məlumata görə, qəza zamanı azyaşlı olmaqla 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.