
BAKI, 27 aprel. TELEQRAF
Texniki səbəblərə görə "28 Mall" Ticarət Mərkəzində işıqlar sönüb.
Teleqraf xəbər verir ki, təhlükəsizlik məqsədilə ticarət mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.
"Günün ikinci yarısında ticarət mərkəzinə daxil olmağın mümkün olacağını düşünürük. Bununla bağlı bir qədər sonra yenidən sizə məlumat verəcəyik.
Bütün komandamız problemin ən qısa zamanda həll edilməsi üçün çalışır.
Anlayışınız üçün təşəkkür edirik", - Ticarət Mərkəzindən verilən məlumatda deyilir.
Hörmətli qonaqlarımız,
28 Mall-da yaranmış texniki nasazlıq aradan qaldırılıb və ticarət mərkəzinə giriş bərpa edilib.
Hər birinizə xoş həftəsonu və alış-verişlər arzulayırıq!
***
"28 Mall" Ticarət Mərkəzində yaranmış texniki nasazlıq aradan qaldırılıb və ticarət mərkəzinə giriş bərpa edilib.
Bu barədə Ticarət Mərkəzi məlumat yayıb.