
BAKI, 26 aprel. TELEQRAF
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 1980-ci il təvəllüdlü Gülşən Hüseynova və 16 yaşlı yeniyetmə Nərgiz Hüseyinli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Yaralılara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.