
LƏNKƏRAN, 26 aprel. TELEQRAF
Lənkəranda baş verən qəzada xəsarət alanların vəziyyəti kafi qiymətləndirilir.
Bu barədə Teleqraf-ın Cənub müxbirinin sorğusuna cavab olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib.
Onun sözlərinə görə 26 aprel 2025-ci il tarixində saat 10:30 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu Girdəni kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (1-i kişi, 1-i qadın olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Onlara zəruru tibbi xidmət göstərilib. Hazırda müalicələri təcili yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri kafi olaraq qiymətləndirilir.
***
11:28
Lənkəranda yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin iki üzvü xəsarət alıb.
Teleqraf-ın Cənub bürosunun məlumatına görə, qəza yeni Ələt-Astara magistralının 166-cı kilometrliyində, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Fiat Doblo" markalı minik avtomobili eyni istiqamətdə gedən, 1997-ci il təvəllüdlü Xəyyam Balayevin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.
"Fiat Doblo"da olan Astara rayonunun Maşxan kənd sakinləri — 1980-ci il təvəllüdlü Şölə Kamil qızı Novruzova və onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü İltiqam Əliağa oğlu Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb, onlara ilkin tibbi yardım göstərilib. Hazırda müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.