BAKI, 26 aprel. TELEQRAF

Azərbaycanda dələduzluq etməkdə şübhəli bilinən şəxslərin həbs edilməsi üçün tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, polis əməkdaşlarının aprelin 25-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.