BAKI, 26 aprel. TELEQRAF

Azərbaycanda ötən gün itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyindən bildirilib.

Aprelin 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.