BAKI, 25 aprel. TELEQRAF

Ağstafada canavarlar fermerin qoyunlarını parçalayıb.

Teleqraf xəbər verir ki, hadisə rayonun Tatlı kəndində baş verib.

Heyvandarlıqla məşğul olan Elsevər Məmmədovun fermasına hücum edən yırtıcılar təsərrüfatda olan 80-nə yaxın xırdabuynuzlu heyvanın 50 başını parçalayıb.

Canavarlar 3 baş qoyunu tam yeyiblər, digərlərini öldürüb və yaralayıblar.