​BAKI, 25 aprel. TELEQRAF

Ötən gün axşam saatlarında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşidbanu Natəvan küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 300 nömrəli tam orta məktəbin qarşısında qeydə alınan qəza zamanı piyada svetoforu sıradan çıxıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Mərkəz tərəfindən svetoforun yenisi ilə əvəzlənməsi işləri görülür.