MİNGƏÇEVİR, 25 aprel. TELEQRAF

Mingəçevirdə intihara cəhd hadisəsi baş verib.

Teleqra-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Günəşli bağlar yaşayış massivi"ndə qeydə alınıb.

1994-cü il təvəllüdlü Hüseynova Aygün Əhməd qızı özünü kəndirlə asaraq, həyatına son qoymaq istəyib.

Lakin kəndirin qırılması nəticəsində qadın möcüzəvi şəkildə xilas olub.

Əraziyə çağırılan təcili tibbi yardım briqadası tərəfindən Aygün Hüseynova dərhal xəstəxanaya çatdırılıb.

Həkimlərin göstərdiyi zəruri tibbi yardım nəticəsində onun vəziyyəti stabilləşdirilib.

İntihara cəhdin səbəbləri hələlik məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.