BAKI, 24 aprel. TELEQRAF

Bakının Qaradağ rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliytindən Teleqraf-a verilən xəbərə görə, Qaradağ rayonunda “UAZ” markalı yük avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar hadisə paytaxtın Nəsimi rayonunda da qeydə alınıb.

Nəsimi rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi, "Chevrolet" markalı minik avtomobilinin ön farası və güzgüsü yanıb.

Yüksək temperaturdan yaxınlıqdakı “Toyota” markalı minik avtomobilinin ön qapısı qismən qarsalanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Tərtər rayonunun Yuxarı Sarıcalı kəndində ümumi sahəsi 72 m² olan tövlənin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.