LERİK, 24 aprel. TELEQRAF
Lerikdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qəza nəticəsində Lənkəran rayonunun Velədi kənd sakini 1958-ci il təvəllüdlü Elman Mustafa oğlu Qasımov və 1966-cı il təvəllüdlü Zakirə Zəki qızı Bəşirova xəsarət alıblar.
Qeyd edək ki, qəzada 68 yaşlı bir nəfər sərnişin həyatını itirib.
***
11:50
LERİK, 24 aprel. TELEQRAF
Lerikdə baş vermiş yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları bilinib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 24-də saat 08 radələrində E.Qasımov idarə etdiyi "Ford Transit" markalı avtomobillə Lerik rayonunun Zenonu kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Nəticədə avtomobildə olan sərnişin 68 yaşlı R.Qasımova ölüb, sürücü və digər sərnişin xəsarət alıb.
Araşdırma aparılır.
***
11:46
LERİK, 24 aprel. TELEQRAF
Lerikdə mikroavtobus aşıb, ölən və xəsarət alanlar var.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qəza hadisəsi Lerik rayonunun Zenoni kəndi istiqamətində baş verib.
Belə ki, hərəkətdə olan "Ford Transit" markalı mikroavtobus idarəetməni itirərək aşıb.
Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Əlavə məlumat veriləcək.