MİNGƏÇEVİR, 23 aprel. TELEQRAF

Mingəçevirdə ailədaxili münaqişə zamanı qadın həyat yoldaşına boşqabla xəsarət yetirib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Energetiklər yaşayış massivində yerləşən evlərdən birində baş verib.

Mübahisə zəminində qadın həyat yoldaşı, 1984-cü il təvəllüdlü şəhər sakini Ramil Hacıağa oğlu İsmayılovun başına boşqabla zərbə endirib.

Nəticədə kişi baş nahiyəsindən ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Ona alın-baş nahiyəsində çevik tibbi yardım göstərilib.

Hazırda vəziyyəti barədə əlavə məlumat verilməyib.

Faktla bağlı şəhər hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.