KƏLBƏCƏR, 23 aprel. TELEQRAF
Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, "KİA" markalı avtomobil beton qarışdıran avtomobillə toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Araşdırma davam etdirilir.