GƏNCƏ, 23 aprel. TELEQRAF

Gəncə şəhərində qız qaçırma hadisəsi ilə bağlı insident yaşanıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, şəhər sakini 2001-ci il təvəllüdlü İbrahim Məmmədov döyülərək xəsarət alıb.

İlkin ehtimallara görə, hadisəni onun evlənmək məqsədilə qaçırdığı qızın yaxınları törədiblər.

Xəsarət alan şəxsin vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı şəhərin hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.