BAKI, 23 aprel. TELEQRAF

Goranboyda 50 yaşlı qadını it parçaladı

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Goranboy şəhərinin Nizami küçəsində qeydə alınıb.

Yolla hərəkət edən 1975-ci il təvəllüdlü Alimə Qarayevaya küçə iti hücum çəkib.

Nəticədə 50 yaşlı qadın müxtəlif bədən xəsarətləri alıb.

Yaralı tibb müəssisəsinə yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.